XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2019 - 20:30

Azərbaycanda “Avro-5” standartında dizel və benzin istehsal olunacaq- 2021-2022-ci illərdə

benzin-1.jpgSOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi ölkəmizdə ekoloji vəziyyəti yaxşılaşdıracaq.

Şirkətdən Azərtac-a bildirilib ki, 1953-cü ildə əsası qoyulan zavodda hazırda modernləşdirmə və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

Layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində 2021-2022-ci illərdə Azərbaycanda “Avro-5” standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tonadək artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.

Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və modernləşdirilməsi işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.