XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

06 Dekabr 2019 - 14:31

Azərbaycanın FİFA hakimləri müəyyənləşib

2020-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FİFA hakimlərinin adları müəyyənləşib.

Siyahıda 14 ədalət təmsilçisi yer alıb.

FİFA referiləri Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabarov, həmçinin köməkçilər Akif Əmirəli, Zeynal Zeynalov, Namik Hüseynov, Mübariz Haşımov, Elşad Abdullayev və Pərvin Talıbov siyahıya daxil edilib.

Futzalda Hikmət Qafarlı, çimərlik futbolunda İnqilab Məmmədov və Nail Nağıyev beynəlxalq arenadakı təmsilçilərimiz olacaq. Qadın futbolunda Yuliya Qurbanova referi, Gülnurə Əkbərzadə köməkçi kimi yer alıb. (Apasport.az)