XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

06 Dekabr 2019 - 18:19

Azərbaycan gimnastları Rusiyada 7 medal qazanıblar –Beynəlxalq turnir

Azərbaycanın kişilərdən ibarət idman gimnastikası üzrə milli komandası Rusiyanın Obninsk şəhərində Larisa Latinina adına beynəlxalq turnirdə 7 medal qazanıb.

Səməd Məmmədli halqalar və turnikdə bütün rəqiblərini üstələyərək 1-ci olub. O, dayaqlı tullanma alətində çıxışına görə 3-cü yerdə qərarlaşıb. Rəsul Əhmədzadə isə sərbəst hərəkətlərdə 3-cü olub.

Böyüklərin yarışında ən yaxşı nəticəni Cavidan Babayev göstərib. O, halqalarda 2-ci, sərbəst hərəkətlərdə isə 3-cü olub. Sərvər Əliyev paralel qollarda çıxışına görə 3-cü yerdə qərarlaşıb.

Azərbaycan millisi komanda hesabında 3-cü olub. (Report)