XƏBƏR LENTİ

19 Yanvar 2020
18 Yanvar 2020

Digər Xəbərlər

08 Dekabr 2019 - 12:45

Cəlilabadda avtomobil aşıb:ölən var

Cəlilabadda qəza nəticəsində sürücünün həyat yoldaşı dünyasını dəyişib.

Qəza Cəlilabad-Boyaxanlı avtomobil yolunda baş verib.

Rayonun Adnalı kənd sakini Məmmədbağır Məhəmmədhüseyn oğlu Şirəliyev “Niva” markalı avtomobillə Cəlilabad istiqamətində hərəkətdə olan zaman qəfildən idarəetməni itirib və avtomobil aşıb. Nəticədə sürücü və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Bədən sümüklərinin çoxsaylı sınığı və travmatik şok diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Xuraman Şirəliyeva dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.