XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

08 Dekabr 2019 - 12:58

Bakıda yağış, rayonlarda qar yağacaq –Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşama doğru əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Strateq.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitində gəlincə, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.