XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

08 Dekabr 2019 - 15:10

İsmayıllıda ağır yol qəzası:ölən və xəsarət alanlar var

İsmayıllı rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər – 1991-ci il təvəllüdlü Diyalı kənd sakini Abışov Ramil Əli oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə zamanı həmçinin daha nəfər – 1978-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Ramil Məhəmədağa oğlu, 1982-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Mehman Eyvaz oğlu və 1981-ci il təvəllüdlü İsmayıllı rayon sakini İsmayılov İlkin İkram oğlu xəsarət alıblar. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.  /Report