XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

09 Dekabr 2019 - 10:28

“AVRO-2020-nin oyunlarının Bakıda və ya Londonda keçirilməsinin fərqi yoxdur” –“Borussiya”nın futbolçusu

“Çox yaxşı qrupdur. Təsnifat mərhələsində keçirdiyi 10 matçın hamısında qalib gələn İtaliya yığması favoritdir”.

Bunu AVRO-2020-də İtaliya, İsveçrə və Uels milliləri ilə birgə A qrupunda yer alan İsveçrə yığmasının futbolçusu Manuel Akanci “Blick” nəşrinə açıqlamasında deyib.

Almaniyada Dortmund “Borussiya”sının formasını geyinən 24 yaşlı müdafiəçi irəliləmək üçün yaxşı imkanlarının olduğunu vurğulayıb. O, Avropa çempionatının matçlarının Bakıda və ya Londonda keçirilməsinin fərqi olmadığını bildirib: “Hədəfimiz mümkün qədər irəliləməkdir. Qrup oyunlarını keçirmək üçün uzaq səfərlər etmək optimal variant olmasa da, mənim üçün fərqi yoxdur. Öz oyunumuzu sərgiləməli və qalib gəlməliyik. İstər Bakıda olsun, istərsə də Londonda”.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil ediləcək. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. Vladimir Petkoviçin baş məşqçi olduğu komandanın daha bir oyunu görüşü 17-də Romada İtaliyaya qarşı olacaq. (Report)