XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2019 - 13:10

Sabah hava necə olacaq? –PROQNOZ

Dekabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Strateq.az-a bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında  gecə 4-6, gündüz 9-11 dərəcə isti  təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 3-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.

Dekabrın 10-da Abşeron yarımadasında əsasən təmiz və oksigenlə zəngin havanın üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.