XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 10:07

Rus general Bakını seyr etdi (FOTO)

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, ordu generalı Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti mayın 12-də Fəxri xiyabanı ziyarət edib.

ANS PRESS-in məlumatına görə, nümayəndə heyəti mərhum prezident Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Sonra nümayəndə heyətinin üzvləri Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə güllər, “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoyublar.
Buradan qonaqlar Bakının mənzərəsini seyr ediblər.
Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi ziyarət olunub, məzarı önünə əklil qoyulub.