XƏBƏR LENTİ

18 Yanvar 2020
17 Yanvar 2020

Digər Xəbərlər

09 Dekabr 2019 - 15:03

“Gənclərin Dağlıq Qarabağla bağlı oyunlara marağı böyükdür” –Nazir müavini

“Yaradıcı sənayenin inkişafı yüksək texnologiyalarsız mümkün deyil. Nazirlik olaraq yaradıcı şəxslər üçün infrastrukturun formalaşdırılması bizim birbaşa vəzifəmizdir”.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Əli Abdullayev bu gün “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı və mədəniyyət sənayeləri: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirələrdə çıxışı zamanı bildirib.

O xatırladıb ki, Nazirliyin tərkibində İnnovasiyalar Agentliyi yaradılıb: “İnnovasiyalar üzrə Dövlət Agentliyi strukturlaşmasını tam başa çatdırıb. İnnovasiyalar Agentliyi vasitəsilə ideyası olan gənclərə qrantların verilməsini təmin edirik. Maraqlı haldır ki, gənclər Dağlıq Qarabağ mövzusuna müraciət edirlər. Qarabağ mövzusunda “İşğal altında Şuşa və İşğal altında Ağdam ilk milli oyunlarımız yaradılıb. Hazırda dünyanın bir sıra ölkəsindən 130 min nəfər bu oyunu oynayır”.

Nazir müavini vurğulayıb ki, nazirlik regionda ən böyük data mərkəzini istifadəyə verib və  ehtiyat mənbəyi də quraşdırılıb.

O, Azərbaycanda istehsal edilən məhsulların rəqabətqabiliyyətli olmasına münasibət bildirib: “Artıq “Made in Azerbaijan” layihəsi olan bir layihəmiz var. Bu layihə Amerikada milyon dollar vəsait əldə edib”. (report)