XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2019 - 15:38

“Samur çayı üzərində körpünün tikintisi yaxınlarda başa çatdırılacaq” –Rusiyalı nazir

“Yaxın vaxtlarda Samur çayı üzərində körpünün tikintisi başa çatdırılacaq”.

Bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasında çıxış edən Rusiyanın İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin deyib.

Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsinin işinin təşkili istiqamətində işlərin aparılması hazırda gündəmdə duran əsas məsələlərdəndir.

“Rusiya tərəfindən bu məsələ prezident səviyyəsində tapşırılıb. Məqsəd həm ticarət dövriyyəsinin, həm də insanların komfortlu keçidini təmin etməkdir”, – deyə nazir bildirib. (apa)