XƏBƏR LENTİ

24 Yanvar 2020
23 Yanvar 2020

Digər Xəbərlər

09 Dekabr 2019 - 19:52

“Bu il Meksika ilə Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 42,8 milyon dollara çatıb” –Səfir

Meksikanın Azərbaycandakı səfiri Xəzər Universitetində olub.

Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfir Rodrigo Labardini Universitetin rektoru İradə Xəlilova ilə görüşüb.

Əvvəlcə səfir R. Labardini səfirliyin iki xalq arasındakı yaxınlaşmanı təşviq etmək məqsədi ilə gördüyü işlər barədə məlumat verib. Bu çərçivədə Meksika və Azərbaycandakı təhsil müəssisələri arasındakı əlaqələrin əhəmiyyətini vurğulayıb.

Görüşdən sonra səfir tələbələrin qarşısında çıxış edərək, onlara Meksikada təhsil, turizm, iqtisadi və ticari sahələrdə ikitərəfli münasibətlər haqqında məlumat verib. O, bu il şəkər qamışı, avtomobil, dondurucu avadanlıqlar və s. kimi məhsulların Azərbaycana ixracında rekord il olduğunu qeyd edib. Səfir Azərbaycana idxal olunan pivənin 12, qazma borularının 18, neft sənayesi üçün boruların 9, mühərriki 1500-3000 sm3 həcmli avtomobillərin 6 faizinin Meksikadan gətirildiyini bildirib.

“Ümumilikdə, 2019-cu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət axınında ən yüksək hədd qeydə alınıb və Meksika ilə Azərbaycan arasında ikitərəfli ticarət 2019-cu ildə 42,8 milyon dollara çatıb. Bu, 2018-ci ildəki ümumi ticarətdən 64.38% çox deməkdir”, o vurğulayıb.

Səfir iki ölkə arasında turist axınının artdığını da diqqətə çatdırıb: “Meksikaya gedən azərbaycanlı turistlərin sayı 20, Azərbaycana gələn meksikalı turistlərin sayı 9 faiz artıb”.

Daha sonra tələbələr müxtəlif şərh və suallar veriblər. (apa)