XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

09 Dekabr 2019 - 23:30

FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb –FOTO

İran İslam Respublikasının Bakıdakı səfirliyində elektrik kabellərində tüstülənmə baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib.

Nəticədə, bir inzibati otaqda elektrik kabelləri və 1,5 m² sahədə taxta atmalar yanıb.

Otağın, habelə inzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.

***

İranın Azərbaycandakı səfirliyində tüstülənmə olub.

Trend-in məlumatına görə, tüstülənmə səfirliyin binasında otaqlardan birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tüstülənmə binada təmir aparılan otaqlardan birində baş verib. FHN əməkdaşlarının səyi nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə, tüstülənmə qısaqapanma nəticəsində baş verib.