XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2019 - 12:02

Azərbaycanda cəzaların humanistləşdirilməsi ilə bağlı yeni layihə hazırlanıb- Açıqlama

“İl ərzində məhkəmələr 270-280 min mülki işə baxır. İl olub ki, baxılan işlərin sayı yarım milyon olub”.

APA-nın məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda keçirilən tədbirdə Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov  bildirib.

S.Hüseynov deyib ki, baxılan mülki işlərin 85 faizindən tərəfindən tərəflər şikayət vermirlər: “Yalnız baxılan işlərdən 16 faizindən apelyasiya şikayəti verilir. İşlərin 3-4 faizindən kasasiya şikayəti verilir. Kasasiya mərhələsində bu işlərin 1 faizə qədəri barədə aşağı instansiya məhkəməsinin qərarları dəyişdirilir. Aşağı məhkəmələrin qəbul etdiyi qərarların 90 faizi dəyişmir”.

O,  Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanın icrası istiqamətində görülən işlərdən danışıb: “Fərman çərçivəsində 40-a qədər layihə hazırlanıb. İxtisaslaşdırılmış məhkəmələrin yaradılması, özəl ekspertizanın yaradılması barədə qanunlar qəbul olunub. Digər qanun layihələri də hazırdır. Mülki-prosessual qanunvericiliyə dəyişikliklərlə bağlı böyük paket qanun layihəsi hazırlanıb. Eyni zamanda cəzaların humanistləşdirilməsi ilə bağlı da layihə hazırdır”.