XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2019 - 11:00

2 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb- Səhiyyə Nazirliyi məlumat yaydı

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı əlavə məlumat yayıb.

Nazirlikdən “Report”a bildirilib ki, saat 10:45-ə olan məlumata görə 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.