XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2019 - 12:17

Ombudsmandan işgəncəyə məruz qalan azyaşlılarla bağlı açıqlama:"Baş prokurora müraciət olunub"

İnsan hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qulu və Hüseyn adlı qardaşların valideynləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı məsələyə dərhal reaksiya verərək Baş prokurora müraciət edib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, müraciətdə zorakılıq ehtimalını, məsələnin ictimai və hüquqi məzmununu nəzərə almaqla, nəzarətə götürülərək araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə bağlı məsələlər əksini tapıb.