Prezident İlham Əliyev Keniyanın dövlət başçısı Uhuru Kenyattaya təbrik məktubu göndərib.
Strateq.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm”.