NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı, general Tod Volters Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla gələn ilin əvvəlində görüşəcəyini güman edir.
Bu barədə T.Volters Vaşinqtonda jurnalistlərə bildirib.
Xatırladaq ki, noyabrın 26-da Bakıda T.Voltersin sələfi Stüart Piçlə V.Gerasimov arasında görüş keçirilmişdi/Report.