XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2019 - 09:00

NATO-nun hərbi karvanı yaxınlığında avtomobil partladılıb –Əfqanıstanda

Əfqanıstanda NATO-nun hərbi avtomobil karvanının yaxınlığında partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb. Nəticədə 5 nəfər yaralanıb.

İnsident Pərvan əyalətinin Baqram bölgəsində baş verib.

Bildirilir ki, xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu deyilir.

“Pajhwok” agentliyi NATO-nun “Qətiyyətli dəstək” sülhməramlı missiyasının yaydığı açıqlamaya istinadən xəbər verib ki, yaralananlar arasında ABŞ hərbi qulluqçuları və ya koalisiya üzvləri olmayıb. Qeyd olunub ki, hücumun əsas hədəfi alyansın avtomobil karvanı deyil, Baqram aviabazası yaxınlığında yerləşən tibb müəssisəsidir. /APA