XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2019 - 10:10

Azərbaycanda “Turizm haqqında” qanuna dəyişikliklər edilə bilər –ADTA sədrindən açıqlama

Azərbaycanda “Turizm haqqında” qanuna və Vergi Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanır.

Bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə hazırda dövlət qurumları ilə müzakirələr aparılır.

“Məsələn, müzakirə olunan məsələlərdən biri ölkədə göstərilən turizm xidmətlərinin qiymətlərinin optimallaşdırılması üçün mövcud bazar iqtisadiyyatı şəraitində şirkətlər arasındakı rəqabət mühitini pozmadan müəyyən mexanizmlərin hazırlanmasıdır. Əlbəttə, qiymətlərin daha münasib olması birmənalı olaraq rəqabət mühitinin olmasıdır və bunu nəzərə alaraq hesab edirəm ki, hotellərin və turizm obyektlərinin sayının artırılması istiqamətində müəyyən işlər görülməlidir. Hazırda bu sahəyə daha çox investisiyanın cəlb edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə birgə işlər həyata keçiririk”, – deyə, F. Nağıyev qeyd edib.

Agentliyinin sədri ölkədə turizm reyestrinin yaradılması istiqamətində aparılan işlərə toxunaraq bildirib ki, işlər tamamlanmaq üzrədir və reyestr yaxın vaxtlarda istifadəyə veriləcək. Reyestrdə həm hotellər, həm də turizm sahəsində göstərilən xidmətlərlə bağlı məlumatlar əks olunacaq.