XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2019 - 14:22

Gürcüstan-Azərbaycan sərhədində insident:istintaq başlayıb

“Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı istintaq aparılır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

O, bu cür halların xoşagəlməz olduğunu deyib: “Hazırda xəsarət alan şəxsin həyatına heç bir təhlükə yoxdur”.

Nazir müavini məsələ ilə bağlı indiki mərhələdə əlavə şərhin verilməsinə ehtiyacın olmadığını deyib.