XƏBƏR LENTİ

14 İyul 2020

Digər Xəbərlər

11 Dekabr 2019 - 22:04

“Düdelanj”ın baş məşqçisi:"Sabahkı matç daha çox "Qarabağ" üçün əhəmiyyətlidir"

“İstəyirik ki, tətilə çıxmazdan öncə yaxşı nəticə qazanaq. Bizim üçün matçın əhəmiyyəti azdır. Daha çox “Qarabağ” üçün əhəmiyyətlidir”.

Bu fikirləri Lüksemburqun “Düdelanj” komandasının baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda “Qarabağ”la qarşılaşmadan öncə mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi ilə son oyun faciəvi idi: “Evdəki matç müəyyən səbəblərə görə dayandı və qırmızı vərəqə də aldıq. Sabah məqsədimiz bu səhvləri təkrarlamamaqdır. Elə oyun keçirmək istəyirik ki, Lüksemburqdakı matçı unutduraq”.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 21:55-də start götürəcək/Report.