XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2019 - 17:52

“Beş saatdan az olan reyslərdə biznes-klaslardan imtina edilsin”- “Wizz Air”dən maraqlı çağırış

Macarıstanın “Wizz Air” aviaşirkəti öz həmkarlarını uçuş müddəti beş saatdan az olan bütün reyslərdə biznes-klaslardan imtina etməyə çağırıb.

“Wizz Air” aviaşirkətinin müraciətində qısa reyslərdə biznes-klası prinsip etibarilə qadağan etmək lazım olması vurğulanır.

Şirkətdə əmindirlər ki, biznes-klaslar ekonom-klaslarla müqayisədə ekologiyaya iki dəfə artıq ziyan vururlar. Macarıstan aviaşirkəti hesab edir ki, uçuş müddəti beş saatdan az olan reyslərdə biznes-klasla uçuş həm bədxərclik, həm də planetin gələcəyi üçün təhlükə mənbəyidir(azərtac).