XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

12 Dekabr 2019 - 18:12

İctimai işlər cəzasına məhkum olunanların monitorinq sistemi yaradılıb- Detallar

Azərbaycanda ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin inzibati tənbehin müddətinin hesablanması üçün monitorinq sistemi yaradılıb.

Bunu “APA-Economics”ə “Idrak Technology Transfer” şirkətindən deyiblər.

Şirkətdən bildirilib ki, sistem artıq tətbiq olunur və iş müddətinin hesablanması barmaq izləri ilə aparılır.

“İctimai işlər cəzasına məhkum olunan şəxslər barmaq izi ilə həm işə başlayarkən, həm də bitirdikdən sonra qeydiyyatdan keçir. Qeydiyyat və izləmə monitorinq sistemi üzərindən aparılır”, – deyə şirkətdən bildiriblər.