XƏBƏR LENTİ

25 Yanvar 2020
24 Yanvar 2020

Digər Xəbərlər

12 Dekabr 2019 - 20:49

“Azərbaycanın GUAM-a sədrliyi məhsuldar və effektiv olacaq”- Giorgi Qaxaria

“Biz əminik ki, gələn il Azərbaycanın GUAM-a sədrliyi olduqca məhsuldar və effektiv olacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria GUAM-a üzv ölkələrin hökumət başçılarının Kiyevdə iclasından sonra keçirilən birgə brifinqdə deyib. 

O bildirib ki, hazırda üzv ölkələrin başlıca problemi ərazi bütövlüyü ilə bağlıdır.

“Ölkələrimizin qarşısında duran əsas problem ərazi bütövlüyüdür. Ərazi bütövlüyümüzə verdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm. Gürcüstan bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll edilməsi mövqeyinə sadiqdir”, – deyə G. Qaxaria qeyd edib.