XƏBƏR LENTİ

25 Yanvar 2020
24 Yanvar 2020

Digər Xəbərlər

12 Dekabr 2019 - 22:25

“Azərbaycanın GUAM-a sədrliyi konkret nəticələr gətirəcək”- Gürcüstanın XİN başçısı

GUAM ölkələrinin bütün beynəlxalq formatlarda ərazi bütövlüyü kontekstində bir-birilərini dəstəkləməsi çox vacibdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani bildirib.

Nazirin sözlərinə görə, GUAM ölkələri bu sahədə əməkdaşlığı fəal olaraq davam etdirəcəklər.

XİN başçısı bu gün Kiyevdə keçirilən GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşünün səmərəli və məhsuldar olduğunu deyib:

“Əminəm ki, gələn il Azərbaycanın GUAM-a sədrliyi dövründə təşkilata üzv ölkələr arasında münasibətlər daha da dərinləşdiriləcək və bizim konkret nəticələr barədə danışmaq imkanımız olacaq”.