Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.
Təmsilçimiz “Qarabağ” da qrupda, həmçinin turnirdə son oyununa çıxıb.
Ağdam klubu Bakıda “Düdelanj”ı qəbul edib. Hər iki komanda pley-offa vəsiqə şansını itirdiyindən bugünkü görüş formal xarakter daşıyıb. Matç 1 :1 hesabı ilə başa çatıb. Qolları Buqren (63) və Geye (90+1) vurublar.
Beləliklə, “Qarabağ” qrup mərhələsini 5 xalla 3-cü pillədə başa vurub. “Düdelanj” isə 4 xalla sonuncu olub.
A qrupunun digər oyununda isə pley-offa vəsiqəni təmin edən APOEL və “Sevilya” Kiprdə qarşılaşıb. Matç Nikosiya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.