XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

13 Dekabr 2019 - 10:18

Avropa Liqası:1/16 final mərhələsinə bütün vəsiqələrin sahibləri müəyyənləşib

UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

VI turun son 12 matçının yekununda daha 5 vəsiqənin taleyinə aydınlıq gəlib. Türkiyə təmsilçilərindən yalnız “Başakşehir” 1/16 finala yüksəlməyi bacarıb. İstanbul komandası Almaniyada Mönhenqladbax “Borussiya”sını 2:1 hesabı ilə yenib.

J qrupunun paralel matçında “Roma” İtaliyada Avstriya “Volfsberq”i ilə 2:2 hesablı heç-heçə edib. Nəticədə “Başakşehir” qrup lideri, “Roma” isə 2-ci yerin sahibi kimi mərhələ adlayıb.

Türkiyənin daha 2 təmsilçisi – “Beşiktaş” və “Trabzonspor” isə qrupda qalıb.

Qalan 3 vəsiqəni isə “Reyncers”, “Porto” və “Lüdoqorets” əldə edib.

Beləliklə, 1/16 finala İspaniyanın “Sevilya”, “Espanyol” və “Xetafe”, İngiltərənin “Mançester Yunayted”, “Arsenal” və “Vulverhempton”, Portuqaliyanın “Portu”, “Braqa” və “Sportinq”, Almaniyanın “Ayntraxt” və “Volfsburq”, Şotlandiyanın “Reyncers” və “Seltik”, İtaliyanın “Roma”, Hollandiyanın “AZ”, Türkiyənin “Başakşehir”, Belçikanın “Gent”, Avstriyanın “LASK”, Bolqarıstanın “Lüdoqorets”, Rumıniyanın “ÇFR”, Kiprin “APOEL”, Danimarkanın “Kopenhagen”, İsveçin “Malmö”, İsveçrənin “Bazel” komandaları yüksəlib.

Onlara Çempionlar Liqasında qrup mərhələsini 3-cü pillədə başa vurmuş 8 klub – Almaniya “Bayer”i, İtaliya “İnter”i, Portuqaliya “Benfika”sı, Hollandiya “Ayaks”ı, Belçika “Brügge”si, Yunanıstan “Olimpiakos”u, Ukrayna “Şaxtyor”u və Avstriya “Zaltsburq”u da qoşulub.

Qeyd edək ki, 1/16 final mərhələsinin püşkü dekabrın 16-da atılacaq.

G qrupu

24:00. “Reyncers” (Şotlandiya) – “Yanq Boyz” (İsveçrə) – 1:1

24:00. “Portu” (Portuqaliya) – “Feyenoord” (Hollandiya) – 3:2

Xal durumu: “Portu” – 10, “Reyncers” – 9, “Yanq Boyz” – 8, “Feyenoord” – 5.

H qrupu

24:00. “Espanyol” (İspaniya) – MOİK (Moskva, Rusiya) – 0:1

24:00. Lüdoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) – 1:1

Xal durumu: “Espanyol” – 11, “Lüdoqorets” – 8, “Ferentsvaroş” – 7, MOİK – 5

I qrupu

24:00. “Volfsburq” (Almaniya) – “Sent-Etyen” (Fransa) – 1:0

24:00. “Gent” (Belçika) – “Aleksandriya” (Ukrayna) – 2:1

Xal durumu: “Gent” – 12, “Volfsburq” – 11, “Sent-Etyen” – 4, “Aleksandriya” – 3.

J qrupu

24:00. “Borussiya” (Mönxenqladbax, Almaniya) – “Başakşehir” (Türkiyə) – 1:2

24:00. “Roma” (İtaliya) – “Volfsberq” (Avstriya) – 2:2

Xal durumu: “Başakşehir” – 10, “Roma” – 9, “Borussiya” – 8, “Volfsberq” – 5.

K qrupu

24:00. “Vulverhempton” (İngiltərə) – “Beşiktaş” (Türkiyə) – 4:0

24:00. “Slovan” (Bratislava, Slovakiya) – “Braqa” (Portuqaliya) – 2:4

Xal durumu: “Braqa” – 14, “Vulverhempton” – 13, “Slovan” – 4, “Beşiktaş” – 3.

L qrupu

24:00. “Mançester Yunayted” (İngiltərə) – AZ (Hollandiya) – 4:0

24:00. “Partizan” (Serbiya) – “Astana” (Qazaxıstan) – 4:1

Xal durumu: “Mançester Yunayted” – 13, AZ – 9, “Partizan” – 8, “Astana” – 3.

(Report)