Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.
Hesabında 1326 xal olan Azərbaycan yığması 75-ci pillədə qərarlaşıb.
3 ay əvvəlki cədvəllə müqayisədə millimizin mövqeyi dəyişməz qalıb.
Cədvələ ABŞ başçılıq edir – 2174 xal. Almaniya 2078 xalla 2-ci, Hollandiya 2035 xalla 3-cüdür.
Qeyd edək ki, siyahıda dünyanın 155 komandası yer alıb. (Apasport.az)