XƏBƏR LENTİ

24 Yanvar 2020
23 Yanvar 2020

Digər Xəbərlər

13 Dekabr 2019 - 16:47

“Yurçeviç milliyə xeyir verə bilmədi, ən idealı Prosineçkidir”Cavid Hüseynov

“Nikola Yurçeviçin milli komandadan gedəcəyi bəlli idi. Onunla yollar ayrılıb deyə qısa danışmaq istəyirəm. Yığmadakı nəticəsi ürəkaçan olmadığı üçün vidalaşdılar”.

Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov baş məşqçi Nikola Yurçeviçin istefası ilə bağlı danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi xorvatiyalı mütəxəssisi məşqçiliyindən çox, yaxşı insan kimi xatırlayacağını bildirib: “O, yaxşı və sakit təbiətli insan idi. Yığmaya xeyir verə bilmədi. Xeyir o vaxt olur ki, ortada hansısa nəticə olsun. AVRO-2020-nin seçmə mərhələsində çətin rəqiblərlə düşməyimiz də nəticələrə təsir etdi. Qrupumuzda iddialı yığmalar var idi. Bu, Yurçeviçin yığmadan gedişinə təsirsiz ötüşmədi”.

Təcrübəli oyunçu Azərbaycan millisinə namizədlər sırasında Robert Prosineçkinin olmasına da münasibət bildirib: “Bəlkə də, komandamız üçün ən ideal baş məşqçi Prosineçkidir. Biz futbolçular bunu hər yerdə deyirik”.