XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

13 Dekabr 2019 - 16:55

Bakıda və regionlarda yeni hotellər açılacaq –Kənan Quluzadə

“Bu yaxınlarda həm Bakıda, həm regionlarda yeni hotellərin açılışı gözlənilir”.

Bunu Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

“Biznes nümayəndələri ilə aparılan danışıqlar onu göstərir ki, ölkədə yeni hotellərin tikintisinə maraq var. Azərbaycana səfər edən turistlər Bakı və Abşeron yarımadası ilə yanaşı, ölkənin şimal, şimal-qərb, Gəncə və cənub istiqamətlərinə üz tuturlar. Turizm infrastrukturu və kadr potensialı bu istiqamətlər üzərində inkişaf etdirilir”, – o qeyd edib.

K.Quluzadənin sözlərinə görə, hazırda dövlət 3 və ondan az ulduzlu otellərin istifadəyə verilməsində maraqlıdır: “Ölkədə 600-a yaxın otel fəaliyyət göstərir. Ölkədə, əsasən, bahalı turizm infrastrukturu yaradılıb. Amma bu günün çağırışı ucuz, daha az ulduzlu hotellərin mövcüdluğu ilə bağlıdır. Çünki Azərbaycana orta və aşağı büdcəli turistlər cəlb edirik, onlar üçün həmin xidmətlər formalaşdırılmalıdır. Regionlarda 3 və ondan az olan hotellərin tikilişinin intesivləşməsini istəyirik. Bu istiqamətdə dövlət biznesə dəstək verir”. (Report)