XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

13 Dekabr 2019 - 17:35

Gürcüstan tarixçisinin “İrəvan xanlığı” kitabı gürcü dilinə tərcümə olunacaq –Qafqaz Tarixi Mərkəzinin direktoru

“Gürcü tarixçi, professor Eldar Nadiradzenin sayəsində Qafqaz və Azərbaycanın tarixi haqqında məlumatlar daha da genişləndirilir”.

Bu barədə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Tbilisidə E.Nadiradzenin müəllifi olduğu “İrəvan xanlığı” kitabının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, E.Nadiradzenin Azərbaycan və Gürcüstanın elm sahəsində əməkdalığın gücləndirilməsindəki xidmətləri misilsizdir: “Gürcüstanın Milli Muzeyi və Heydər Əliyev Fondu arasında əməkdaşlıq effektiv nəticələr verir, birgə konfrans və sərgilər təşkil olunur”.

R.Hüseynov qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında mədəniyyət, tarix və elm sahələrində əməkdaşlıq bundan sonra da davam etdiriləcək və bu, hər iki tərəfə böyük faydalar verəcək.

Mərkəz direktoru bildirib ki, “İrəvan xanlığı” kitabının gürcü dilinə tərcümə olunaraq nəşr edilməsi nəzərdə tutulub: “Gürcüstanın Milli Muzeyinin arxivində Azərbaycanın tarixinə aid zəngin materiallar var. Aktuallığı nəzərə alaraq ilk araşdırma və kitab İrəvan xanlığına həsr olundu. Tədqiqaqtlar davam etdirilir və Azərbaycanın digər xanlıqları barədə də kitablar hazırlanacaq”.

Qeyd edək ki, “İrəvan xanlığı” kitabı Azərbaycan, ingilis və rus dillərində çap ounub. (Report)