XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

13 Dekabr 2019 - 19:34

“Məqsədimiz Azərbaycan şirkətlərini İSO standartları haqqında məlumatlandırmaqdır” –Çarlz Korri

“Məqsədimiz getdikcə qloballaşan Azərbaycan şirkətlərini İSO standartları haqqında məlumatlandırmaqdır”.

Bu barədə İSO/TC 251 Texniki Komitəsinin katibi, Britaniya Standartlar İnstitutunun Standartların inkişafı şöbəsinin müdiri Çarlz Korri deyib.

Qeyd edək ki, dekabrın 12-də “AQS Group” və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə Ç. Korri Bakıda “İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar” mövzusunda master-klass keçirib.

Onun sözlərinə bu master-klass sayəsində şirkətlər beynəlxalq standartlar haqqında biliklərini artıra biləcək. Ç. Korri əlavə edib ki, bu, onun İSO standartları ilə bağlı Azərbaycanda keçirdiyi artıq ikinci master-klassdır və yeni proqram əvvəlki proqramla demək olar eynidir, çünki informasiyanın daha yaxşı çatdırılması üçün onun təkrarlanması vacibdir.

Bundan başqa, “AQS Group” şirkətinin icraçı direktoru Azər Tağıyev “APA-Economics”ə açıqlamasında bildirib ki, belə tədbirlərə müxtəlif şirkət rəhbərləri və keyfiyyət üzrə menecerlər dəvət olunur: “Bunun məqsədi rəhbər vəzifədə çalışan insanları hazırkı standartlar haqqında məlumatlandırmaq və bu sahədə onların savadlılığını artırmaqdan ibarətdir”.

Qeyd edək ki, Çarlz Korri İSO 9001 standartının hazırlanmasına rəhbərlik edən İSO/TC 176/SC 2 Texniki Komitəsinin, İSO 45001 standartının hazırlanmasına rəhbərlik edən İSO/PS 283 Texniki Komitəsinin layihə qrupunun və İSO 55001 standartının hazırlanmasına rəhbərlik edən İSO/TC 251 Texniki Komitəsinin katibi, Britaniya Standartlar İnstitutunun Standartların inkişafı şöbəsinin müdiridir. (apa)