XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

14 Dekabr 2019 - 16:22

Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçildi- Qurultay

Dekabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Azərbaycan Rus İcmasının (ARİ) V qurultayı keçirilib.

APA-nın məlumatına görə, qurultayda Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Əli Hüseynli, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə Regionlararası və mədəni əlaqələr üzrə İdarəsinin müavini Anton Rıbakov, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Azərbaycan və Bakı Yeparxiyasının arxiyepiskopu Vladıka Aleksandr və başqa qonaqlar iştirak ediblər.

Qurultayı ARİ-nin sədri, Milli Məclisin deputatı Mixail Zabelin açıb.

O qeyd edib ki, V qurultay ərəfəsində icmanın bütün şəhər və rayon təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib, yığıncaqlarda ARİ-nin tərkibinə 280 nümayəndə seçilib.

M.Zabelinin sözlərinə görə, vaxtilə ümummilli lider Heydər Əliyevin başlatdığı yolu bu gün prezident İlham Əliyev uğurla davam etdirir: “Onun fəaliyyəti Azərbaycanda mütərəqqi dəyişikliklərə gətirib çıxarıb. Rus İcmasının V qurultayı Azərbaycanda iqtisadi, sosial və siyasi stabillik şəraitində keçirilir. Müasir Azərbaycan əmin şəkildə inkişaf edir, ölkədə nəhəng infrastruktur və regional layihələr gerçəkləşir”.

Rusiya-Azərbaycan münasibətlərinə toxunan İcma sədri Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərinin bu münasibətlərin inkişafına böyük təkan verəcəyini də diqqətə çatdırıb: “Mehriban Əliyevanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” mükafatına layiq görülməsi hər iki ölkə arasındakı yüksək dostluq və qarşılıqlı etimada sübutdur”.

Qurultayda ARİ-nin ötən dövrdəki fəaliyyəti barədə hesabat dinlənilib, İcmanın Respublika Şurasının yeni heyəti və rəhbərliyi seçilib.

M.Zabelin yekdilliklə qarşıdakı beş il üçün İcmanın sədri seçilib.