XƏBƏR LENTİ

20 Yanvar 2020
19 Yanvar 2020
18 Yanvar 2020

Digər Xəbərlər

14 Dekabr 2019 - 17:09

Mesut Özil müsəlman ölkələrini günahlandırdı- Uyğurların əzilməsinə səssiz qalmaqda

İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil müsəlman ölkələrini Çində uyğurların hüquqlarının pozulmasına səssiz qalmaqda günahlandırıb.

“Report” xəbər verir ki, 31 yaşlı Türkiyə əsilli almaniyalı futbolçu bununla bağlı “Twitter” səhifəsində paylaşım edib: “Həzrəti Əli gözəl deyib – zülmə əngəl ola bilmirsinizsə, onu hər kəsə çatdırın”. Qərb mətbuatında və dövlətlərində bu olaylar aylar, həftələrdir gündəmdə olduğu halda, müsəlman ölkələri və mediası haradadır?”

“Arsenal” Özilin paylaşımı ilə bağlı bəyanat yayaraq bunun futbolçunun şəxsi mövqeyi olduğunu, klubun siyasətə qarışmadığını açıqlayıb.

Qeyd edək ki, Çin uyğurlara qarşı repressiv siyasət yürütməkdə və onların dini və mədəni hüquqlarını məhdudlaşdırmaqda ittiham olunur. Çinin Sincan Uyğur Muxtar Bölgəsində 10 milyona yaxın uyğur yaşayır.