XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2019 - 20:53

Müdafiə Nazirliyinin əməkdaşları Moskvada beynəlxalq tədbirdə –Açıqlama +FOTO

Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq ordu oyunları – 2020” yarışlarının Moskva şəhərində keçirilən ilkin planlaşdırma konfransında iştirak edib.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub, eləcə də müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.

“Beynəlxalq ordu oyunları – 2020” yarışlarının gələn ilin avqust ayının 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.