XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2019 - 22:54

İngiltərə Premyer Liqası:"Çelsi" öz meydanında "Bornmut"a məğlub olub

Londonun “Çelsi” klubu İngiltərə Premyer Liqasının 17-ci turunun matçında “Bornmut”a məğlub olub.

“Report” xəbər verir ki, qarşılaşma “Stemford Bric”də keçirilib və qonaqların qələbəsi ilə başa çatıb.

“Bornmut”a qələbəni Den Qoslinq bəxş edib. O, 84-cü dəqiqədə fərqlənib.

Komanda beş məğlubiyyətdən sonra ilk qələbəsini qazanıb.

Bununla da “Çelsi” 29 xalla yarış cədvəlində 4-cü yerdə qərarlaşıb. “Bornmut” isə 19 xalla 14-cü yerə yüksəlib.