XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

15 Dekabr 2019 - 09:30

“Müxalifət hərbçilərə qarşı terror hücumu hazırlayır” –Venesuela hökuməti

Venesuela müxalifətinin nümayəndələri Sukre ştatında hərbçilərə qarşı terror hücumu törətməyi planlaşdırırmış.

Bu barədə şənbə günü Venesuelanın Rabitə və İnformasiya naziri Xorxe Rodriqes Karakasdakı mətbuat konfransı zamanı açıqlamasında deyib.

“Xalqın iradəsi” müxalifət partiyasının lideri Leopoldo Lopes Xuan Quaydo və millət vəkili Yanet Ferminə iki hərbi hissəyə – Böyük Marşal Sukrenin qərargahına və Milli Qvardiyanın 53-cü bölməsinin komandanlığına hücum etməyi tapşırıb”, – deyə Rodriqes bildirib.

Nazirin sözlərinə görə, hücumlar dekabrın 15-nə planlaşdırılıb və onların həyata keçirilməsi üçün vəsait Kolumbiyadan alınıb.

“Şükürlər olsun ki, bunun qarşısını aldıq və respublikada sülhün bərqərar olması üçün bundan sonra da çalışacağıq. Əmin olun ki, bu hərəkətləri həyata keçirməyi planlaşdıran hər kəsi tutacağıq”, – nazir belə deyib. /APA