XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2019 - 10:30

Ucarda “Ford” “KaMAZ”ın qoşqusuna çırpılıb:xəsarət alan var

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1975-ci il təvəllüdlü Tərtər rayon sakini Qəhrəmanov Azər İsmayıl oğlu “Ford” tranzit markalı mikroavtobusla Ucar istiqamətimdə hərəkətdə olarkən qarşısında hərəkətdə olan “KaMAZ” markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə “Ford”dakı sərnişin, 1969-cu il təvəllüdlü Tərtər sakini Qəhrəmanova Şəlalə Möhübbət qızı müxtəlif növ ağır bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.