XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2019 - 11:10

Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb –Göyçayda

Göyçay rayonunda yeniyetmə qız bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Hadisə ötən gecə Göyçay şəhərində qeydə alınıb.

Rayon sakini, 2005-ci il təvəllüdlü Məsumə Qasımova yaşadığı evin həyətində oynayarkən yıxılıb və başından travma alıb. M.Qasımova koma vəziyyətində Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, M.Qasımova Göyçay şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.