XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2019 - 14:50

Zəvvarların olduğu avtobus 500 metr hündürlükdən aşıb –ölənlər var

Nepalın Sindhupalçok rayonunda avtobusun 500 metr yüksəklikdən düşməsi nəticəsində ən az 13 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə “Himalayan Times” qəzeti bildirib.

Məlumata əsasən, zəvvarları daşıyan avtobus sürücüsü idarəetməni itirib, nəticədə avtobus 500 metr yüksəklikdən aşıb. Hakimiyyət orqanları bildirib ki, qurbanların sayı arta bilər.

Hazırda polis və yerli sakinlər xilasetmə əməliyyatı aparır. Zərərçəkənlər yaxınlıqdakı tibbi müəssisələrə çatdırılıb. /Trend