XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2019 - 20:20

Bakıda təcili yardım avtomobili qəzaya uğrayıb –FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) məxsus “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi xəstə apararkən geriyə dönmə əməliyyatı edib. Bu zaman həmin istiqamətdə yüksək sürətlə gələn “Mercedes” markalı minik avtomobili ona çırpılıb. TTTYX-yə məxsus avtomobildən xəstə çıxarılaraq başqa bir “Ambulans”la xəstəxanaya aparılıb. /APA