XƏBƏR LENTİ

29 Yanvar 2020
28 Yanvar 2020

Digər Xəbərlər

15 Dekabr 2019 - 23:10

Ərdoğan Liviya Milli Barışıq Hökumətinin başçısını qəbul etdi:"Hər cür dəstəyə hazırıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Barışıq Hökumətinin başçısı Fayez  əs-Səracı qəbul edib.

Mətbuata qapalı keçirilən görüş İstanbulda Prezidentin Dolmabaxça Sarayında baş tutub.

Ərdoğan bu gün mətbuata açıqlamasında bildirib ki, hər iki ölkənin qarşılıqlı əlaqələri, eləcə də Liviya ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda imzalanan “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması”, eləcə də “Təhlükəsizlik və hərbi əməkdaşlıq” memorandumu müzakirə olunub: “Türkiyə parlamentində “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılşadırılması” sazişi təsdiqlənib, digər saziş də Milli Məclisə təqdim edilib, təsdiqini gözləyirik. Bir daha deyirəm, Liviya dəstək istəyəcəyi halda, Türkiyə bu ölkəyə hər bir şəkildə kömək etməyə hazırdır”.