XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2019 - 12:36

Azərbaycanda xarici ölkə vətəndaşlarına göstərilən rabitə xidmətlərinin dəyəri azalıb –21%

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ölkələrlə qarşılıqlı rabitə xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2% azalaraq 113,205 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2019-cu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın Tədiyə Balansı göstəriciləri xəbər verir.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə göstərilən rabitə xidmətlərinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azalaraq 71,971 mln. dollar məbləğində olub.

Hesabat dövründə qeyri-rezidentlərə göstərilən rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 21,3% azalaraq 41,234 mln. dollar təşkil edib.