XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2019 - 16:23

“Bu il Bakıda birinci sinfə 48 mindən çox uşaq qəbul edilib” –Rəşad Tağıyev

“Bu il 48 mindən çox uşaq birinci sinfə qəbul edilib”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. O bildirib ki,  Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib:

“2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 48 763 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 45 637-si ümumi təhsil məktəblərini, 3 126-sı isə lisey və gimnaziyaları seçib”.