XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

16 Dekabr 2019 - 16:35

“Bu il 25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub” –BŞTİ

“Bu il Bakıda 25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. Onun sözlərinə görə, BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. O bildirib ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub.

“2019-2020-ci dərs ili üçün ilk dəfə ölkə üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada (mektebeqebul.edu.az) aparılıb”, -deyə R.Tağıyev əlavə edib.