XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2019 - 17:23

Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənib –ETSN

Araz çayının İmişli rayonun Şahverdili, Göbəktala, Məmmədli, Rəsullu kəndləri və Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsi qadağan olunmuş sintetik torlardan və digər ov vasitələrindən təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Ekologiya İdarəsinin rəisi Kənan Kərimli jurnalistlərə bildirib ki, 3 saylı Regional Ekologiya İdarəsinin və Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı sözügedən ərazidən qadağan olunmuş ov alətləri maddi sübut kimi götürülüb və müvafiq sənədləşmə işləri aparılıb.

Reydlər davam etdirilir.