XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2019 - 20:46

“5000-ə yaxın subbakalavr təhsilli gənc təhsillərini davam etdirib” –Nazir

“Subbakalavr təhsilini başa vuran 5000-ə yaxın azərbaycanlı tələbə bu il onlar üçün yaradılan imtiyazdan istifadə edərək təhsillərini davam etdirmək imkanı əldə ediblər”.

Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, təhsilin müxtəlif pillələrində əhatəliliyi artırmaq istiqamətində işlər görülür.

Nazir bildirib ki, istedadlı şagirdlər üçün onların öz istedad sahələrindəki göstəricilərinə uyğun olaraq – olimpiadalar, respublika və beynəlxalq olimpiadalar, müxtəlif incəsənət və idman sahəsi üzrə beynəlxalq yarışların nəticələrinə əsasən 100-dən artıq istedadlı azərbaycanlı gənc Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar. (report)