XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 11:38

“Özünə qulluq edə bilməyənlər üçün sosial işçi xidmətinin yeni modeli hazırlanacaq” –Nazir

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tənha, kimsəsiz, əlil, ehtiyacı olan və özünə qulluq edə bilməyən insanlara xidmət göstərən sosial işçi mexanizmini daha da təkmilləşdirəcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu mexanizm vasitəsilə nazirliyin 1000-ə yaxın sosial işçisi ehtiyacı olan 10 min şəxsə evlərində xidmət göstərir: “Hazırda bu istiqamətdə yeni model üzərində işlənilir. Beynəlxalq təcrübəyə uyğun şəkildə ehtiyacı olanlara evdə xidmət göstərilməsi prosedurlarının mexanizmləri və əhatə dairəsi daha da genişləndiriləcək”.

S. Babayev xatırladıb ki, bu gün nazirliyin tərkibində 15 növ sosial xidmət var.