XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2019 - 19:36

Yeni icra başçısı keçmiş köməkçisinə vəzifə verdi –Yasamal İH-də dəyişiklik

Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşad Həsənov özünə yeni köməkçi təyin edib.

Bununla bağlı E.Həsənov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Süleymanzadə Habil Kamal oğlu Yasamal RİH-nin başçısının köməkçisi təyin olunub.

Qeyd edək ki, H.Süleymanov bundan əvvəl E.Həsənovun deputat olduğu dövrdə onun köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, E.Həsənov Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 2015-ci ildə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib/Report.